Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Davamlı sülh və qaçqınların qayıdış hüququ: Beynəlxalq hüququn rolu" mövzusunda beynəlxalq hibrid konfrans keçirilib.
İcmadan "Report"a verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrdən siyasətçilər, hüquqşünaslar, akademiklər və beynəlxalq ekspertlər iştirak ediblər.
Konfransın açılış mərasimində moderator qismində çıxış edən Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Bakı Dövlət Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov və deputat Rizvan Nəbiyev qaçqınların qayıdış hüququnun beynəlxalq müstəvidə aktuallığını diqqətə çatdırıb.
Konfrans çərçivəsində keçirilən "Davamlı sülh və qaçqınların geri qayıdış hüququ: beynəlxalq hüququn rolu", "Kollektiv qayıdış və beynəlxalq hüquqda normativ boşluq" və "Gender ədaləti və davamlı sülh: qadınların geri qayıdış hüququ" mövzusunda üç panel təşkil olunub.
Konfrans çərçivəsində davamlı sülhün təmin olunması, qaçqınların geri qayıdış hüququnun beynəlxalq hüquq normaları çərçivəsində qorunması, bu sahədə mövcud çağırışlar və normativ boşluqlar, eləcə də gender aspektləri geniş müzakirə olunub.
Oxşar xəbərlər
Qərbi azərbaycanlı qadınların müraciəti BMT sənədi kimi yayılıb
Əziz Ələkbərli: Prezident İlham Əliyevin haqq işimizə verdiyi yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir
QAİ-nin müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
Sözçü: Qərbi azərbaycanlıların geri qayıdışına beynəlxalq dəstək onların qayıdış hüququndan irəli gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
