Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır
sizinxeber.az xəbər saytı

Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır


Bu gündən Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov "X" hesabında paylaşım edib.

Səfir qeyd edib ki, "Airblue" şirkətinin Bakı–Lahor arasında ilk birbaşa uçuşlarının həyata keçirilməsi ilə Azərbaycan və Pakistan arasında münasibətlərdə mühüm irəliləyiş əldə olunub:

"Bu yeniliklə Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "Sizinxeber.az"a bu gün Lahordan Bakıya birbaşa uçuşlara başladığını bildirmişdi.

Oxşar xəbərlər

Pakistanın Baş naziri Lahordan Bakıya birbaşa uçuşların bərpasını alqışlayıb
Pakistan səfiri: Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır
Səfir: Pakistan Beynəlxalq Hava Yolları Bakı istiqamətində birbaşa uçuşların bərpa edilməsini planlaşdırır
PIA Lahordan Bakıya birbaşa reysləri bərpa edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər