Pakistanın Baş naziri Lahordan Bakıya birbaşa uçuşların bərpasını alqışlayıb
Biz bütün sektorlarda əməkdaşlığımızı dərinləşdirərək Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələrində yeni zirvələrə çatmağa sadiq qalırıq.
“Report” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Lahor və Bakı arasında birbaşa uçuşların bərpası ilə bağlı açıqlamasında bildirib.
Baş nazir iki illik fasilədən sonra PİA-nın Lahor və Bakı arasında birbaşa uçuşların bərpasını alqışlayıb, bunu iki qardaş ölkə arasında turizmin və regional əlaqələrin inkişafı üçün böyük mərhələ adlandırıb.
Qeyd edək ki, aprelin 20-də Pakistanın “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkəti tərəfindən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib. Lahor–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut Azərbaycan ilə Pakistan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişlənməsinə xidmət edir.
Oxşar xəbərlər
PIA Lahordan Bakıya birbaşa reysləri bərpa edir
Səfir: Pakistan Beynəlxalq Hava Yolları Bakı istiqamətində birbaşa uçuşların bərpa edilməsini planlaşdırır
Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
