Pakistan səfiri: Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır
Pakistanın ikinci aviaşirkəti bu gün Lahordan Bakıya birbaşa uçuşlara başlayır.
Bunu "Sizinxeber.az"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.
Onun sözlərinə görə, Azərbaycan və Pakistan liderlərinin verdiyi istiqamət nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənir:
"Azərbaycan-Pakistan münasibətləri çox qədim və xüsusidir. Ölkələrimiz arasında qardaşlıq münasibətləri mövcuddur. Ötən il liderlər səviyyəsində misli görünməmiş qarşılıqlı səfərlər və təmaslar baş verdi. Bütün bu təmaslar indi müsbət inkişaflara gətirib çıxarır".
Diplomat həmçinin bildirib ki, bu gün Pakistan da İçərişəhərdə baş tutan Beynəlxalq Xalça Festivalında təmsil olunur:
"Bu kimi addımlar, əlbəttə ki, liderlər səviyyəsində verilən istiqamət nəticəsində əlaqələrimizi qurmağa və daha da möhkəmləndirməyə kömək edir. Eyni zamanda, bu gün Pakistanın ikinci aviaşirkəti Lahordan Bakıya birbaşa uçuşlara başlayır. Bütün bu müsbət meyillər liderlərimiz arasında olan mükəmməl münasibətlərin təzahürüdür".
Oxşar xəbərlər
Pakistanın Baş naziri Lahordan Bakıya birbaşa uçuşların bərpasını alqışlayıb
PIA Lahordan Bakıya birbaşa reysləri bərpa edir
“Ural Hava Yolları” Soçidən Bakıya birbaşa uçuşlara başlayır
Pakistan səfiri: Azərbaycanla məsləhətləşmədən sonra Ermənistanla münasibətlərə baxıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
