Sahibə Qafarova: Milli Məclisi TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
sizinxeber.az xəbər saytı

Sahibə Qafarova: Milli Məclisi TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək


Azərbaycan Milli Məclisi TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü zamanı deyib.

Onun sözlərinə görə, qardaş ölkələr arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla və dinamik şəkildə inkişaf edir.

"Qardaş ölkələri əhatə edən coğrafiyada cərəyan edən geosiyasi gərginliklərə və təhdidlərə baxmayaraq, qarşılıqlı dəstək və etibarlı tərəfdaşlıq üzərində qurulmuş münasibətlərimiz, ölkələrimizin birliyi və həmrəyliyi daha da güclənməkdədir", - o qeyd edib.

Bildirilib ki, Azərbaycan daim türk dünyasının daha sıx inteqrasiyası, onun siyasi və iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi naminə ardıcıl fəaliyyət həyata keçirir.

Oxşar xəbərlər

İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
TÜRKPA-ya üzv dövlətlərinin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü baş tutub
Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşüb
Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi barədə hesabat verib
Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər