Koşerbayev: Qazaxıstan-Azərbaycan münasibətləri əhəmiyyətli potensiala malikdir
sizinxeber.az xəbər saytı

Koşerbayev: Qazaxıstan-Azərbaycan münasibətləri əhəmiyyətli potensiala malikdir


Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər ardıcıl şəkildə inkişaf edir və əhəmiyyətli potensiala malikdir.

"Sizinxeber.az" Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu bu ölkənin XİN başçısı Yermek Koşerbayev bəyan edib.

Y.Koşerbayevin daxil olduğu Qazaxıstan nümayəndə heyətini bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.

"Qazaxıstan-Azərbaycan münasibətləri davamlı, ardıcıl inkişaf xarakteri daşıyır və əhəmiyyətli potensiala malikdir. Biz qardaş Azərbaycanla müttəfiqliyi bundan sonra da möhkəmləndirmək və əməkdaşlığı yeni məzmun vermək üçün öhdəliyimizi ifadə edirik", - o bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsi ilk növbədə etimada əsaslanan dialoq sayəsində əldə olunub.

Oxşar xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək
Azərbaycan və Qazaxıstan İT sahəsində əməkdaşlığı dərinləşdirəcək
Yunanıstan XİN-in Baş katibi: Azərbaycanla ikitərəfli münasibətlər böyük potensiala malikdir
Elnur Məmmədov: Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir
Ekspert: Çin şirkətləri Qarabağın bərpasında iştirak etmək üçün əhəmiyyətli potensiala malikdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər