Yunanıstan XİN-in Baş katibi: Azərbaycanla ikitərəfli münasibətlər böyük potensiala malikdir
Azərbaycanla Yunanıstanın baxışları üst-üstə düşür və ikitərəfli münasibətlər böyük potensiala malikdir.
“Report” xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin Baş katibi Dimitris Skalkos bu ölkənin Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda danışıb.
O qeyd edib ki, Yunanıstan dialoq, dostluq, yaxşı qonşuluq münasibətləri və beynəlxalq hüquq əsasında mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir:
“Bu prinsiplər və dəyərlər bu gün və sabah dünyada bizim yol göstəricimizdir. Məhz bu prinsipləri və dəyərləri Yunanıstan 2025-2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müdafiə edir. Gələcəkdə bizi gözləyən çoxsaylı əməkdaşlıqlar var. Bu məqamda mən xüsusilə xarici işlər naziri Ceyhun Bayramova, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevə səfirliyimizlə mükəmməl əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm”.
Oxşar xəbərlər
Dimitris Skalkos: COP29-da çox pozitiv nəticələr əldə edildi
Səfir: Yunanıstan ehtiyac olarsa, TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır
Əli Əhmədov: Azərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir
Ərdoğan Yunanıstanın Baş naziri ilə dostluq və müttəfiqlik münasibətlərini müzakirə edib
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













