Qlobal Cənub QHT platforması baş ofisinin Bakıda yaradılması təklif edilib
sizinxeber.az xəbər saytı

Qlobal Cənub QHT platforması baş ofisinin Bakıda yaradılması təklif edilib


Təklif edirik ki, Qlobal Cənub QHT platformasının baş ofisi Bakıda, Milli QHT forumunun nəzdində yaradılsın.

APA xəbər verir ki, bunu Azərbaycan Milli QHT forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının təsis forumunda yekun nitqlə çıxışı zamanı qeyd edib.

"2026-cı ildə çağırılacaq Qlobal Cənub QHT Platformasının Baş Assambleyasına qədər bütün sənədlərin təşkilini öz üzərimizə götürürük. "Qoşulmama Hərəkatı" çərçivəsində qəbul edilmiş bu sənədlərin Baş Asambleyanın çağırılışına qədər araşdırılması lazımdır. Bugünkü müzakirələrdə məqsəd, əvvəlki görüşlərdə qeyd edildiyi kimi, dialoqu gücləndirmək, uzlaşmaya gəlməkdir. Təmsilçiliyimiz coğrafi bölgələr üçün bölündü. Birinci rəsmi Baş Asambleyaya qədər təklif edirik ki, Bakıda Milli QHT forumunun nəzdində real, əməli bir baş ofis yaradılsın. Milli QHT forumunun sədri Baş Asambleyanın birinci çağırışına qədər Platformaya müvəqqəti rəhbərlik etsin", - o qeyd edib.

Oxşar xəbərlər

Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Qlobal Cənub QHT platformasının təsis edilməsini təqdir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: Qlobal Cənub Platformasının təsisi COP29-un qarşısında duran vacib məsələrdən biri idi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər