sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ərdoğan Şəriflə regional məsələləri müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə regional məsələləri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası yayıb.
“Prezidentimiz Ərdoğan Pakistan Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb”, – administrasiyanın mətbuat xidməti bildirib.
Qeyd olunub ki, telefon danışığı zamanı Ankara və İslamabad arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Prezidentimiz Ərdoğan görüşdə bildirib ki, Türkiyə ilə Pakistan arasındakı qədim dostluq və güclü həmrəylik atılan addımlarla daha da möhkəmlənib”, – mətbuat xidməti vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan Şahbaz Şəriflə regional məsələləri müzakirə edib
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb
Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
Ərdoğan Pakistan və Hindistana çağırış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













