Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, danışıq zamanı Hindistan və Pakistan arasındakı gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və cari hadisələr müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirərək, hücumda şəhid olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Bundan əlavə, dövlət başçısı Türkiyənin Pakistanın bu prosesdə apardığı təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu vurğulayıb.
Ərdoğan, həmçinin,Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini bildirib.
Oxşar xəbərlər
Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Ərdoğan və Donald arasında telefon danışığı baş tutub
Ərdoğan və Pezeşkian arasında telefon danışığı baş tutub
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
