Ermənistan və Fransa arasında üç sənəd imzalanıb - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
17:30

Ermənistan və Fransa arasında üç sənəd imzalanıb - YENİLƏNİB-2

26 may, 2025
17:30
430

Ermənistan və Fransa arasında üç sənəd imzalanıb - YENİLƏNİB-2

Fransanın xarici işlər naziri Jan-Noel Barronun Ermənistana səfəri çərçivəsində iki ölkə arasında üç sənəd imzalanıb.

“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan və Fransanın xarici işlər nazirləri Ararat Mirzoyan və Jan-Noel Barro Niyyət Bəyannaməsi imzalayıblar.

Sənəd iki ölkənin xarici siyasət qurumları arasında illik siyasi məsləhətləşmələrin keçirilməsini, dezinformasiya ilə mübarizədə əməkdaşlığı və diplomatların hazırlanmasını nəzərdə tutur.

Nazirlər həmçinin iki ölkənin hökumətləri arasında Ermənistanda Fransa İnkişaf Agentliyinin (FDA) və İqtisadi Əməkdaşlıqda İştirak və Dəstək Şirkətinin (Proparco) yaradılması və fəaliyyəti haqqında sazişə dəyişikliklər edilməsi barədə protokol imzalayıblar.

Bundan əlavə, nazirlərin iştirakı ilə “Enterprise Armenia” Fondu və Fransanın “Business France” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

14:58

Ermənistan Xarici İşlər Nazirliyində (XİN) ölkənin xarici işlər naziri Ararat Mirzoyan və onun fransalı həmkarı Jan-Noel Barro arasında təkbətək görüş keçirilib.

“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

O qeyd edib ki, görüş XİN başçıları arasında qapalı məsləhətləşmələr formatında keçirilib.

14:06

Fransanın xarici işlər naziri Jan-Noel Barro Ermənistanda rəsmi səfərdədir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial şəbəkədə yazıb.

Bizimlə əlaqə saxlayın