Lavrov "3+3" formatında görüşün Ermənistan və Azərbaycanda keçirilməsini təklif edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Lavrov "3+3" formatında görüşün Ermənistan və Azərbaycanda keçirilməsini təklif edib - YENİLƏNİB


Rusiyanın xarici işlər naziri Sergey Lavrov "3+3" formatında üçüncü nazirlər görüşünün Ermənistan və Azərbaycan ərazisində keçirilməsini təklif edib.

“Report”un məlumatına görə, o, bunu İrəvanda Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

S.Lavrovun sözlərinə görə, "3+3" formatı regionda uzunmüddətli sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm alət olmaq, həmçinin Cənubi Qafqaz ölkələri və onların yaxın qonşuları arasında qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın, nəqliyyat əlaqələrinin və mədəni ənənələrin inkişafına töhfə vermək üçün bütün ilkin şərtlərə malikdir.

"Biz üçüncü görüşün keçiriləcəyi yer barədə müzakirə apardıq. Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmək istəyən Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilər. Biz buna kömək etməyə hazırıq. İclasların ardıcıllığına gəlincə, növbəti iki tədbirin Ermənistan və Azərbaycanın paytaxtlarında keçirilməsinin tərəfdarıyıq", - o bildirib.

XİN başçısı qeyd edib ki, Tehran və İstanbulda keçirilən görüşlərdə bu platformanın gələcəyi ilə bağlı müəyyən nikbinliyə nail olmaq mümkün olub.

12:50

"3+3" regional əməkdaşlıq platforması ölkələrinin nümayəndələrinin üçüncü görüşü hazırlanır.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.

"Moskva Cənubi Qafqaz ölkələrinin və onların bilavasitə qonşularının - Rusiya, İran və Türkiyənin maraqlarını təmsil edən "3+3" platformasında işləmək üçün böyük potensial görür", - Lavrov qeyd edib.

Oxşar xəbərlər

Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
Ermənistan XİN İstanbulda nazirlərin “3+3” formatında görüşündə iştirakı təsdiqləyib
Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik
Zaxarova: Rusiya “3+3” formatına Cənubi Qafqazda sülhün açarı kimi baxır
Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle