Rusiya və Ermənistan XİN başçılarının sabah müzakirə edəcəyi məsələlər açıqlanıb - YENİLƏNİB
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyan ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcək.
Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"Nazirlər Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq məqsədilə Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirəcəklər", - məlumatda deyilir.
İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri həmçinin Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilindəki əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.
"Ümid edirik ki, qarşıdan gələn görüş konstruktiv şəkildə keçəcək, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - məlumatda bildirilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Rusiyaya işgüzar səfərə gedəcək.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Yanvarın 21-də xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfərə yollanacaq”, - Badalyan sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilməsi planlaşdırılır, görüşdən sonra isə nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Oxşar xəbərlər
Ermənistan XİN başçısı yanvarın 21-də Moskvaya işgüzar səfər edəcək
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Rusiya XİN rəhbəri: Mirzoyan Moskvaya səfərə dəvət olunub
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Mirzoyan: Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












