Zaxarova: Rusiya “3+3” formatına Cənubi Qafqazda sülhün açarı kimi baxır
Rusiya “3+3” formatına Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə nail olmaq üçün region ölkələrinin səylərinin əlaqələndirilməsinin effektiv mexanizmi kimi baxır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, sözügedən platforma regionda ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün bir fürsətdir.
"Rusiya XİN başçısı Sergey Lavrov oktyabrın 17-18-də "3+3" platformasının üçüncü iclasında iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edəcək. Bu platforma Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyəni əhatə edir. Biz bu formatı Cənubi Qafqaz və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olmaq üçün regional səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, həmçinin ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün imkan kimi görürük", - o bildirib.
M.Zaxarova əlavə edib ki, tədbir çərçivəsində S.Lavrov həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.
Oxşar xəbərlər
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək
Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir
Zaxarova: Rusiya Cənubi Qafqaz regionunda tezliklə sülhün bərqərar olmasında maraqlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
