sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Polşa Rusiya aviasiyasının fəallığı ilə əlaqədar qırıcılarını havaya qaldırıb
Polşa bu gün səhər saatlarında qırıcı təyyarələri havaya qaldırıb.
“Report” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının “X” hesabında məlumat verilib.
Buna səbəb kimi Rusiyanın uzaqmənzilli aviasiyasının fəallığı göstərilib.
“Ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb, Operativ Komandanlıaq vəziyyəti izləyir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Polşa avqustun 26-sı və 27-də oxşar səbəbdən qırıcı təyyarələri havaya qaldırmışdı. Bu gecə bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Oxşar xəbərlər
Polşa avqustdan şərq sərhədlərində hava hücumundan müdafiəni gücləndirir
Polşa Prezidenti ordu komandanlığı ilə birgə təcili iclas keçirib
Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edildi
Ukrayna müharibədə ilk dəfə "F-16" qırıcılarından istifadə etməyə başlayıb
Polşa 150 ədəd zirehli avtomobil alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













