Makron Qərbdən Kiyevə yardımın atəşkəs halında da davam edəcəyini açıqlayıb
Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Ukraynaya yardım, Avropa liderlərinin mayın 12-dən tətbiq etməyi təklif etdiyi 30 günlük atəşkəsdən asılı olmayaraq davam etməlidir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, BFMTV telekanalının canlı yayımladığı Kiyevdəki mətbuat konfransında bildirib.
“Biz bazar ertəsindən etibarən heç bir ilkin şərt olmadan atəşkəsin tətbiq ediləcəyindən çıxış edirik. Bundan sonra davamlı sülhün bütün şərtləri müzakirə olunacaq. Bu, məhz sülh haqqında müzakirəni strukturlaşdıracaq. Lakin bu, atəşkəs üçün ilkin şərt deyil”, – Makron vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya təcili yardım davam etdirilməlidir. “Sonra müəyyən mənada ilk təhlükəsizlik zəmanəti olan uzunmüddətli Ukrayna ordusunun qurulmasıdır”, – Fransa lideri qeyd edib.
Atəşkəs təklifi barədə danışan Makron əlavə edib ki, “o, şərtsiz olmalıdır”. “Bu atəşkəs üçün nə ukraynalılar, nə də ruslar tərəfindən heç bir ilkin şərt olmalıdır. O, əsasən ABŞ-nin nəzarəti altında quruda, havada və dənizdə 30 gün davam etməlidir. Buna hazır olan bütün avropalılar bunda iştirak edəcəklər”, – Fransa Prezidenti söyləyib.
Oxşar xəbərlər
Zelenski: Ukrayna Rusiyadan 30 günlük atəşkəs tələb edir
Makron Ukraynada 40 min hərbçidən ibarət sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir
Makron Ukrayna rəhbərliyinə qarşı tənqidi tamamilə əsassız hesab edir
Makron bir sıra ölkənin baş qərargah rəisləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
