Əbu-Dabinin vəliəhd şahzadəsi mayın 11-12-də Astanaya səfər edəcək
Mayın 11-12-də Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Xalid bin Məhəmməd bin Zayed əl-Nəhyan Qazaxıstana rəsmi səfər edəcək.
Bu barədə “Sizinxeber.az”un Qazaxıstan bürosu “Akorda”nın mətbuat xidmətinə istinadən xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə vəliəhdin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəyi gözlənilir. Bir sıra ikitərəfli sənədlər də imzalanacaq.
Bu ilin əvvəlində Qazaxıstan Prezidenti davamlı inkişaf üçün qlobal çağırışları müzakirə etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib və sammitdə iştirak edib.
Səfər zamanı Qazaxıstan lideri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə də görüşüb və burada BƏƏ-nin Qazaxıstanın ərəb dünyasındakı əsas tərəfdaşı olduğunu qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev BƏƏ-yə işgüzar səfərə gəlib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
BƏƏ prezidenti Rusiyaya rəsmi səfər edib - VİDEO
İtaliyanın Baş naziri Qazaxıstana səfər edəcək
Britaniyanın Baş naziri ilk dəfə Körfəz ölkələrinə səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













