Ərdoğan Ankarada İraqın Baş naziri ilə regional və qlobal məsələləri müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Ərdoğan Ankarada İraqın Baş naziri ilə regional və qlobal məsələləri müzakirə edəcək


Prezident Rəcəb Tayyib Ərdoğan mayın 8-də İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudanini Ankarada qəbul edəcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun açıqlamasında bildirib.

Onun sözlərinə görə, İraqın Baş naziri yüksək səviyyəli heyətlə Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində Türkiyə-İraq əlaqələri ilə yanaşı, aktual regional və qlobal məsələlər müzakirə olunacaq.

F.Altun qeyd edib ki, səfər zamanı Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək. Orada iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulur.

Oxşar xəbərlər

Ərdoğan Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək
Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək
Ərdoğan İstanbulda İraqın Baş nazirini qəbul edib
Ərdoğan Albaniya və Serbiyaya rəsmi səfər edəcək
Monqolustan Prezidenti 21 ildən sonra Türkiyəyə rəsmi səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər