Şəhid Rəcai limanında partlayış nəticəsində yaralananların sayı 1 139-a çatıb, 18 nəfər ölüb – YENİLƏNİB
İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani məlumat yayıb.
“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.
İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.
Bu barədə “Sizinxeber.az” “Mehr” agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.
Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.
Oxşar xəbərlər
İrandakı güclü partlayışda 18 nəfər ölüb, 800-dən artıq şəxs yaralanıb
İranda limanda partlayış zamanı yaralananların sayı 516-ya çatıb - YENİLƏNİB-6
İranda limanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB-7
İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB-8
İranda limanda partlayış zamanı yaralananların sayı 281 nəfərə çatıb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













