Gürcü vitse-spiker: Azərbaycanla strateji əməkdaşlıq təkcə bizim üçün deyil, bütün dünya üçün maraqlıdır
Azərbaycanla strateji əməkdaşlıq təkcə Gürcüstan üçün deyil, beynəlxalq ictimaiyyət üçün də maraqlıdır.
Bunu "Sizinxeber.az"un Gürcüstan bürosuna ölkə parlamentinin birinci vitse-spikeri Giorgi Volski Prezident Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfərini şərh edərkən deyib.
O, bu səfəri mühüm hadisə kimi qiymətləndirib və bildirib ki, Prezidentin Azərbaycana səfəri çox əhəmiyyətlidir.
"Ümumiyyətlə, Azərbaycanla strateji əməkdaşlıq məsələsi gündəmdədir. Bu, yalnız bizim üçün deyil, bütün dünya üçün maraq doğurur. Prezident İlham Əliyevin son açıqlamasında da qeyd olunduğu kimi, bu, aparıcı dövlətlərin və beynəlxalq birliklərin də maraq dairəsində olan məsələlərdəndir”, – deyə G.Volski qeyd edib.
Xatırladaq ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu həftə Azərbaycana ikigünlük səfəri çərçivəsində Prezident İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirib. Görüşlər həm təkbətək, həm də geniş formatda baş tutub.
Oxşar xəbərlər
Komitə sədri: Azərbaycan Gürcüstanın əvəzolunmaz tərəfdaşıdır
Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığın təsdiqidir - RƏY
Gürcüstan Parlamentinin Komitə sədri: Azərbaycan və Prezident İlham Əliyevin dəstəyi bizimçün vacibdir
Kavelaşvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əmindir
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











