Peskov: Trampın Rusiyaya qarşı sanksiyaları uzatması gözlənilən idi
sizinxeber.az xəbər saytı

Peskov: Trampın Rusiyaya qarşı sanksiyaları uzatması gözlənilən idi


Kremldə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar haqqında fərmanın müddətini uzatması ilə əlaqədar bildiriblər ki, başqa bir qərar gözləməyə dəyməzdi.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

"Başqa bir qərar gözləməyə dəyməzdi, xüsusilə də bu, kifayət qədər avtomatik hərəkətlərdir. Biz, yəqin ki, münasibətlərin normallaşdırılması, faktiki olaraq yenidən qurulması yolunun başlanğıcındayıq. Buna görə də bu məsələ ilə bağlı heç bir şişirdilmiş gözləntilərimiz olmayıb", - o qeyd edib.

Bundan əlavə, D.Peskov bildirib ki, Rusiya tərəfinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə təmasları faydalıdır, çünki iki ölkənin liderlərinə mövqelərini bir-birinə çatdırmağa imkan verir, lakin bu əlaqələrdən dərhal nəticə gözləmək lazım deyil.

Oxşar xəbərlər

Kreml Trampın sanksiyaları uzatmasını avtomatik addım adlandırıb
Peskov: Trampın Səudiyyə Ərəbistanına səfəri Putinlə mümkün görüşlə bağlı deyil
Peskov: Rusiyaya qarşı proksi müharibə aparılır
Peskov: Ermənistanın Aİ və Aİİ-də eyni zamanda üzvlüyü mümkün deyil
Sankt-Peterburqda Putinin Trampın xüsusi nümayəndəsi ilə görüşü başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər