Qırğızıstan Rusiyaya miqrantların kütləvi saxlanılması ilə bağlı nota təqdim edib
Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Sergey Vakunova miqrantların kütləvi saxlanılması və güc tədbirlərinin tətbiqi ilə əlaqədar nota təqdim edib.
"Sizinxeber.az" yerli KİV-lərə istinadən xəbər verir ki, aprelin 14-də Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev ilə Sergey Vakunov arasında görüş olub.
Görüş Moskvanın "Bodrost" hamam kompleksində aprelin 11-də qırğızların kütləvi saxlanılması ilə bağlı keçirilib.
"Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın əsasları, həmçinin vətəndaşlara qarşı güc tədbirlərinin tətbiqi barədə məlumat vermək xahişi ilə rəsmi nota təqdim edilib. Güc tətbiqinin əsassız olduğu təqdirdə, bu hadisə ilə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlər görülməsi tələb olunub”, - Xarici İşlər Nazirliyindən bildirilib.
Əməliyyatdan sonra Qırğızıstanın 24 vətəndaşı saxlanılıb, onlardan dördü Rusiyadan deportasiya ediləcək.
Oxşar xəbərlər
Minsk Varşavaya nota göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Almaniyaya nota göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Kanadaya nota verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Rusiyaya nota verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












