Rusiya Ciddədəki danışıqların detalları haqqında tam məlumat almağa ümidlidir
Rusiya yaxın vaxtlarda ABŞ ilə planlaşdırılan danışıqlarda Ciddədəki (Səudiyyə Ərəbistanı) görüşün detalları haqqında tam məlumat almağa ümid edir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz əvvəlcə bu məlumatı almalıyıq. "Dünən Ciddədə deyildiyi kimi, dövlət katibi Mark Rubio və milli təhlükəsizlik üzrə köməkçi Mayk Uoltsun bu günlərdə müxtəlif kanallar vasitəsilə bizi aparılmış danışıqların detalları və əldə edilmiş anlaşmalar barədə məlumatlandıracaqlarını gözləyirik", - o söyləyib və əlavə edib ki, bundan sonra Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifi öyrəniləcək.
Qeyd edək ki, dünən Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutmuş danışıqların nəticələrinə əsasən, ABŞ tərəfi dərhal atəşkəs rejiminin bərqərar olmasına çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Kiyev və Vaşinqtonun danışıqların nəticələrinə dair birgə bəyanatını dərc edib. Bəyanatda qeyd olunub ki, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifinə hazırdır.
Oxşar xəbərlər
Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kreml Ciddədəki ABŞ-Ukrayna danışıqları barədə Rusiyanın məlumatlandırılmasını gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Rusiya ABŞ ilə danışıqların nəticələri barədə BRICS-ə məlumat verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenskinin nümayəndəsi: Ukrayna hazırda Rusiya ilə danışıqlara hazır deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













