Putin: Rusiya ABŞ ilə danışıqların nəticələri barədə BRICS-ə məlumat verəcək
Rusiya ən yaxın vaxtlarda BRICS ölkələrinə ABŞ ilə aparılan danışıqların nəticələri barədə məlumat verəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin pilotsuz uçuş aparatlarının istehsalı zavodunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz onların Rusiya-Ukrayna münasibətlərinin nizamlanmasında, hərbi əməliyyatların dayandırılmasında maraqlı olduqlarını bilirik. Onların təkliflərinə hörmətlə yanaşırıq və ən yaxın vaxtlarda Rusiya-ABŞ danışıqlarının nəticələri barədə məlumatlandıracağıq", - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın xarici siyasət idarələrinin rəhbərlərini, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini Rusiyanın xarici işlər naziri Sergey Lavrovla aparılan danışıqlar barədə məlumatlandırıb.
Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında təxminən 4,5 saat davam edən danışıqlar aparılıb. Rusiya tərəfini görüşdə S.Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev təmsil ediblər. ABŞ tərəfdən danışıqlarda M.Rubio, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər.
Oxşar xəbərlər
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ və Rusiyanın Ukrayna üzrə danışıqları fevralın 18-də Ər-Riyadda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin ABŞ-la danışıqların nəticələrini yüksək qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Ər-Riyaddakı danışıqların nəticələrini yüksək qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin müdafiə və xarici işlər naziri postuna namizədlərini irəli sürüb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












