Türkiyə velosiped yarışlarına ev sahibliyi edir
Türkiyə velosiped yarışlarına ev sahibliyi edir.
“Sizinxeber.az” xəbər verir ki, Antalyada keçirilən yarışlardan biri bu gündən başlayıb.
“Tour of Pedalia” adlanan yarış “Pedalia”nın qış velosiped seriyasının bir hissəsi kimi təşkil edilir.
Antalyada bu turnirdə iştirak etmək üçün müxtəlif ölkələri təmsil edən 11 velosiped komandasında yarışacaq 80-dən çox idmançı toplaşır. İlk dəfə təşkil edilən bu yarışda iştirakçılar 203 km-lik marşrutda mübarizə aparacaqlar.
Bununla yanaşı, Türkiyədə həvəskar velosipedçilərə özlərini sınamaq imkanı verən “Gran Fondo” təşkil olunacaq. Yarış çərçivəsində il ərzində ölkənin 13 fərqli vilayətində ümumilikdə 16 yarış keçiriləcək.
Bu il ərzində Türkiyədə keçiriləcək ən önəmli velosiped yarışlarından biri isə 27 aprel-4 mayda keçirilməsi planlaşdırılan “Prezident Velosiped Turu”dur. Bu yarışların ardınca isə oktyabrın 11-12-də İstanbulda “L’Etape Türkiye by “Tour de France” yarışları keçiriləcək.
Oxşar xəbərlər
Velosiped yarışı zamanı idmançılar toqquşaraq tamaşaçılara çırpılıblar
Yusif Səfərov küçəsində velosiped zolaqları salınıb
Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirilib
Zahid Oruc: "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
