Tramp Ukraynadakı müharibədə “milyonlarla insanın ölümünün dayandırılması”nın tərəfdarı olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat verib və “dərhal danışıqlara başlamaq” niyyətini vurğulayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ evin başçısı sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, söhbət zamanı Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt və “dolların gücü” məsələləri müzakirə edilib.
Tramp vurğulayıb ki, onlar Putinlə ölkələrinin “böyük tarixini” və İkinci Dünya müharibəsindəki əməkdaşlığını xatırlayıblar. Onun sözlərinə görə, xüsusi diqqət Rusiya – Ukrayna müharibəsinə yönəlib. Tramp bildirib ki, tərəflər “milyonlarla ölümü” dayandırmaq istəyir və qarşılıqlı səfərlər də daxil olmaqla sıx əməkdaşlıq barədə razılığa gəliblər.
Tramp qeyd edib ki, “danışıqlar dərhal başlamalıdır”, ilk iş Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək söhbət barədə məlumat vermək olacaq.
“Mən dövlət katibi Marko Rubio, MKİ direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Maykl Uolts və xüsusi elçi Stiv Uitkoffa uğurlu olacağına qəti əmin olduğum danışıqlara başçılıq etməyi tapşırmışam”, – Tramp yazıb.
O həmçinin dünən azad edilmiş Mark Fogelin buraxılmasına görə Putinə təşəkkür edib. ABŞ Prezidenti başlanan səylərin münaqişənin “uğurlu həlli” ilə sonuclanacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
Tramp və Zelenski arasında telefon danışığı baş tutub
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













