Kobaxidze: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil
sizinxeber.az xəbər saytı

Kobaxidze: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil


Gürcüstanın NATO-ya inteqrasiyası gündəmdə deyil.

"Report"un yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Bizim kifayət qədər aydın xarici siyasət məqsədlərimiz var. NATO-ya inteqrasiya məsələsinə gəlincə, Qərb ölkələrinin qərarları və yanaşmaları səbəbindən hələ ki gündəmdə deyil", - Baş nazir deyib.

Kobaxidze qeyd edib ki, Avropa İttifaqına inteqrasiya Gürcüstanın xarici siyasətinin əsas prioriteti olaraq qalır.

Onun sözlərinə görə, 2030-cu ilə qədər Aİ üzvü olmaq hədəfi Gürcüstan üçün əlçatandır. O, əlavə qeyd edib ki, ölkə hər hansı addım atarkən bütün yan təsirləri nəzərə alır.

Oxşar xəbərlər

Kobaxidze: Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq Gürcüstan üçün vacib deyil
Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb
Kobaxidze: Aİ-yə inteqrasiya Gürcüstanın prioriteti olaraq qalır
Gürcüstan Aİ və NATO-ya inteqrasiya maddəsini konstitusiyadan çıxarmağı planlaşdırmır
İrakli Kobaxidze İlham Əliyevlə görüşə gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle