Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb
sizinxeber.az xəbər saytı

Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb


İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib.

"Əslində Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, nümayəndələrimiz də daimi əlaqədədir, biz çox fəal işləyirik, nə etmək lazım olduğu barədə ümumi anlayış var", - o qeyd edib.

O, həmçinin əlavə edib ki, real nəticələr əldə etmək üçün müəyyən yekun addımlar atılmalıdır: "Ümid edirik ki, nəticə çox tezliklə olacaq... Biz bu dialoqu davam etdiririk və etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi fəal dialoqda olmayıb”.

Oxşar xəbərlər

Paşinyan: İrəvan və Ankara daimi əlaqə saxlayır
Paşinyan Türkiyə ilə dialoqda tezliklə nəticənin əldə olunacağına ümid edir
Paşinyan: Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı
Ölkənin təhlükəsizlik strukturları səmərəsizdir - Paşinyan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle