Sırski: Müharibədə müdafiə olunaraq qalib gəlmək mümkün deyil
sizinxeber.az xəbər saytı

Sırski: Müharibədə müdafiə olunaraq qalib gəlmək mümkün deyil


Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski müharibəni müdafiə olunaraq qazanmağın mümkün olmadığı bildirib.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu yüksəkrütbəli hərbçi telemarafonda deyib.

Müsahibə zamanı Sırskidən müdafiədəki müharibə haqqında ifadəsi barədə soruşulduqda, o belə cavab verib:

“Əlbəttə (müdafiədə müharibəni qazanmaq mümkün deyil – red.). Nə qədər müdafiə olunsan, bir o qədər də geri çəkilməli olacaqsan. Biz isə bütün cəbhə xətti boyunca müdafiə olunmağa və öz qüvvələrimizi saxlamağa məcburuq”, – o söyləyib.

Həmçinin Sırskidən, Rusiyanın üstünlüyü olduğu halda, Ukraynanın necə hərəkət etməli olduğu soruşulub. Baş komandanın sözlərinə görə, Ukrayna məhz üstünlüyü olan sahələri inkişaf etdirməlidir.

“Biz üstünlüyümüz olan sahələri inkişaf etdirməliyik. Biz dünyada ilk olaraq Pilotsuz Sistemlər Qüvvələrini yaratdıq. Hazırda pilotsuz komponentimizi artırırıq. Biz robot platformalarını fəal şəkildə inkişaf etdiririk, yerüstü döyüş platformalarını inkişaf etdiririk”, – Sırski əlavə edib.

Xatırladaq ki, daha əvvəl Sırski Kursk istiqamətini ziyarət etmişdi.

Oxşar xəbərlər

Sırski: Rusiyanın keçənilki itkiləri öncəki 2 ildən daha çoxdur
Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib
Zelenski: Rusiya ölkəmizə müharibə gətirib, indi isə nə etdiyini hiss etməlidir
TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər”
Zelenski: Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle