Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb - YENİLƏNİB-2


Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

08:24

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

07:32

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində azı doqquz nəfər həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət bir çox binanın dağılmasına səbəb olub. Yerli iqtidar axtarış-xilasetmə əməliyyatları üçün resursları səfərbər edib. Təkrar yeraltı təkanların baş vermə təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.

Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Oxşar xəbərlər

Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 30-u ötüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibetdəki zəlzələ tələfat və dağıntıya yol açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibetdə güclü zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində zəlzələ nəticəsində ölənlərin sayı 36-ya çatıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində zəlzələ nəticəsində 9 nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər