Çində zəlzələ nəticəsində ölənlərin sayı 36-ya çatıb - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Çində zəlzələ nəticəsində ölənlərin sayı 36-ya çatıb - YENİLƏNİB-1


Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində zəlzələ nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

***
08:16

Tibetdə zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

APAxəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 7,1 bal gücündə zəlzələnin episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.

***
05:45

Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Oxşar xəbərlər

Çində zəlzələ nəticəsində 9 nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibetdə 7 bal gücündə zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 30-u ötüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibetdəki zəlzələ tələfat və dağıntıya yol açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibetdə güclü zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər