Ukrayna Baş Qərargahı Kursk əməliyyatının ilk 5 ayının nəticələrini açıqlayıb
sizinxeber.az xəbər saytı

Ukrayna Baş Qərargahı Kursk əməliyyatının ilk 5 ayının nəticələrini açıqlayıb


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Kursk vilayətində aparılan hərbi əməliyyatların ilk beş ayının nəticələrini açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Baş Qərargahın teleqram hesabında bildirilib.

Məlumata görə, Kursk əməliyyatının başlanmasından beş ay ərzində Rusiyanın bu istiqamətdə ümumi itkiləri 38 mindən çox olub, onlardan təxminən 15 mini ölüb.

Həmçinin qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı 2024-cü il avqustun 6-da başlayıb və Rusiya təcavüzünə qarşı mübarizənin növbəti mərhələsi olub. 11 illik müharibədə ilk dəfə döyüş əməliyyatları Rusiya ərazisinə keçirilib.

Əməliyyatın əsas məqsədi qarşı tərəfin Sumı vilayətində hücumunun qarşısını almaq və “bufer zona” yaratmaq idi. Bu həmçinin işğalçıları cəbhənin digər istiqamətlərində mövqelərini zəiflədərək Kursk vilayətinə əhəmiyyətli resurslar göndərməyə məcbur edib.

“Rusiya təcili surətdə Şimali Koreyadan kömək istəməyə məcbur olub və Şimali Koreya Rusiyaya təxminən 12 min əsgər göndərib. Onlardan təxminən 4 mini artıq məhv edilib və bölmələrin bir hissəsi döyüş qabiliyyətini itirib”, – Baş Qərargah xatırladıb.

Vurğulanıb ki, ukraynalı hərbçilər əməliyyatlarda 104 tank, 575 zirehli döyüş maşını, 1 104 avtomobil texnikası, 330 artilleriya sistemi, 12 RYAS, 12 HHM vasitəsi, 1 təyyarə, 3 helikopter, 859 pilotsuz uçuş aparatı, 32 xüsusi texnika məhv ediblər.

Əməliyyat zamanı Ukrayna qüvvələri “mübadilə fondunu” əhəmiyyətli dərəcədə artıraraq 860 Rusiya hərbçisini əsir götürüb.

Oxşar xəbərlər

Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib
Rusiya Ukrayna qoşunlarının Kursk vilayətində indiyə qədər verdiyi itkiləri açıqlayıb
ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib
Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətindəki mülki itkiləri açıqlayıb
KİV: Kursk vilayətinə gələn “Vaqner” yaraqlıları Ukrayna ordusu ilə döyüşə girib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle