Rusiya FHN: Təxliyə edilən rusiyalıların vəziyyəti ağırdır - YENİLƏNİB
Qazaxıstanda təyyarə qəzasından sonra Aktaudan təxliyə edilən Rusiya vətəndaşlarının vəziyyəti ağır olaraq qiymətləndirilir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “Tsentrospas” dəstəsinin anestezioloq-reanimatoloqu Viktor Belinski bildirib.
“Bizim təyyarənin göyərtəsində bütün zərərçəkənlər var. Onların vəziyyətləri ağırdır, lakin onlar daşına bilirlər. Moskvaya uğurlu təxliyə üçün təyyarədə bütün zəruri yardım göstəriləcək”, - o bildirib.
Rusiya FHN-nin İl-76 təyyarəsi Aktaudan havaya qalxıb, təyyarə qəzasında xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Moskvaya çatdıracaq.
Aktaudan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Moskvaya istiqamət götürüb. Təyyarə xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Rusiyanın paytaxtına çatdıracaq.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin mətbuat xidməti məlumat yayıb.
“Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu FHN-nin xüsusi təyyarəsi Aktau hava limanından uçub. Təyyarədə bir uşaq daxil olmaqla, doqquz nəfər var”, - məlumatda qeyd edilib.
Məlumata əsasən, Rusiyanın FHN-nin Təcili Psixoloji Yardım Mərkəzinin bazasında açılmış qaynar xəttin 24 saat fəaliyyəti davam edir. Psixoloqlar, həmçinin Çeçenistanda zərərçəkənlərin və həlak olanların ailələri ilə işləyirlər.
Oxşar xəbərlər
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya FHN-in xüsusi təyyarəsi qəzada xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları ölkələrinə təxliyə edilib - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











