Gürcüstan parlamentinin komitə sədri: “İlham Əliyev Gürcüstandakı vəziyyəti yaxşı bilir, onun bəyanatları obyektivdir”
“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstandakı vəziyyət barədə məlumatlıdır və verdiyi qiymətləndirmələr realdır”.
Bu barədə “Sizinxeber.az”un Gürcüstan bürosuna parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili məlumat verib.
Komitə sədri bildirib ki, iki qonşu ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq, dostluq əsasında inkişaf edir və bu əlaqələr gələcəkdə daha da güclənməlidir:
“İki ölkə arasındakı əməkdaşlıq hərtərəfli inkişaf etməlidir. Azərbaycan və Gürcüstan, strateji tərəfdaşlar və dostlar olaraq bir-birini dəstəkləməlidirlər. Bizim məqsədimiz öz dövlətlərimizdə sabitlik və demokratiyanı qorumaqdır”.
O, həmçinin, xüsusən də seçkilər zamanı xarici müdaxilənin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, bu cür müdaxilələrə heç bir halda icazə verilməməlidir.
İrakli Kadagişvili Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətə dair bəyanatlarını obyektiv və real vəziyyətə uyğun hesab etdiyini qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev məlumatlıdır və Gürcüstandakı vəziyyəti yaxşı bilir. Onun qiymətləndirməsi, əlbəttə, real vəziyyətə uyğundur.
Ölkələr arasındakı əlaqələrin daha da inkişafı üçün qarşılıqlı dəstək əhəmiyyətlidir. Biz bir-birimizin inkişafına kömək etməliyik və bu münasibətləri hərtərəfli şəkildə gücləndirməliyik. Gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsi tərəflər üçün faydalı olacaq və beynəlxalq məsələlərdə güclü tərəfdaşlıq əlaqələrinin inkişafına şərait yaradacaq”.
Oxşar xəbərlər
Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin deputatı: Azərbaycanla münasibətlər digər ölkələr üçün nümunədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Qaribaşvili: “Xalqlarımız arasında dostluğun möhkəmlənməsində İlham Əliyevin əməyi çox böyükdür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şalva Papuaşvili: Azərbaycanla dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












