Nazir: Ukraynanın NATO-ya daxil olması üçün münasib vaxt deyil
Ukrayna ölkə ərazisində hərbi əməliyyatlar aparıldığı bir vaxtda NATO-ya üzv olmağa can atmır.
“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirildiyi brifinqdə deyib.
"Həqiqətən də, ərazisində hərbi əməliyyatlar aparılan bir ölkənin NATO-ya üzv olması imkanından danışmaq çətindir. Bu, NATO-nun bəzi ölkələrinin mövqeyidir ki, onları birbaşa müharibəyə cəlb edə biləcəyini düşünürlər. Ukrayna buna can atmır", - XİN başçısı bildirib.
A.Sibiqa vurğulayıb ki, bu, Ukrayna üçün strateji məsələdir.
O, həmçinin qeyd edib ki, NATO-nun Vilnüs və Vaşinqtonda keçirilmiş sammitləri Ukraynanın NATO-ya üzvlüyünün qaçılmazlığını aydın şəkildə təsdiqləyib.
A.Sibiqanın sözlərinə görə, tərəfdaşlarla təhlükəsizlik sahəsində ikitərəfli sazişlər NATO-ya üzvlük yolunda ölkənin mövqelərini gücləndirir.
Oxşar xəbərlər
NATO-nun Baş katibi Ukraynanın nə vaxt alyansa üzv olacağını bilmir
Zelenski: ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
