NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır
Bir sıra NATO ölkələri, o cümlədən ABŞ və Almaniya Rusiya ilə birbaşa münaqişədən çəkinərək Ukrayna Prezidenti Volodimir Zelenskinin tələbləri ilə razılaşmağa və onu dərhal alyansa dəvət etməyə hazır deyil.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri adı açıqlanmayan dörd ABŞ və NATO rəsmisi və diplomatına istinadən məlumat yayıb.
Onların verdiyi məlumata görə, Almaniya və ABŞ Kiyevin bloka dəvət edilməsini yubandıran ölkələr arasında ilk sıralardadır.
Başqa bir mənbə isə bildirib ki, NATO ölkələri Ukraynanın üzvlüyünü ancaq hipotetik olaraq dəstəkləyir və bu prosesin reallaşacağı təqdirdə ona fəal şəkildə müqavimət göstərməyə başlayacaqlar.
“Politico”nun mənbəsinin sözlərinə görə, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası hesab edir ki, Aİ ölkələrinin əksəriyyəti yaxın gələcəkdə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək.
Oxşar xəbərlər
KİV: ABŞ və Almaniya Ukraynanın alyansa daxil olmasına qarşıdır
KİV: ABŞ Harrisin qələbəsi halında Ukraynanı NATO-ya dəvət edə bilər
NATO-nun Baş katibi Ukraynanın nə vaxt alyansa üzv olacağını bilmir
Zelenski: ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib
KİV: Bayden bu ilin sonuna kimi Ukraynanın NATO-ya müraciətini təşviq edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
