Fuat Oktay: Bakı-Tbilisi-Qars dəmiryolunun tam həcmdə fəaliyyəti üçün işlər tez başa çatdırılmalıdır
sizinxeber.az xəbər saytı

Fuat Oktay: Bakı-Tbilisi-Qars dəmiryolunun tam həcmdə fəaliyyəti üçün işlər tez başa çatdırılmalıdır


Türkiyə, Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun tam həcmdə fəaliyyət göstərməsi üçün işlər qısa zamanda başa çatdırılmalıdır.

“Report” xəbər verir ki, bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan-Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin görüşündə deyib.

Parlamentarinin sözlərinə görə, görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb: “Ticarət, iqtisadiyyat, müdafiə, əməkdaşlıq, texnologiya, təhsil, turizm və rəqəmsal iqtisadiyyat kimi sahələrdə əməkdaşlığımızın mümkün inkişafı barədə fikir mübadiləsi apardıq. Hərbi təlimlər və təhlükəsizlik sahəsində əməkdaşlıq barədə də danışdıq”.

F.Oktay həmçinin qeyd edib ki, Qafqazda sabitliyin təmin olunması vacibdir.

Toplantıda həmçinin Ukrayna, Suriya və Qəzzadakı son durum müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin komitə sədrləri regional əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə parlamentində Milli Məclisin 106-cı ildönümü ilə bağlı tədbirlərin təşkili müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı sazişi rəsmiləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər