Gürcüstan parlamentində tək bir fraksiya - “Gürcü Arzusu” yaradılıb
Gürcüstan parlamentinin XI çağırışının ilk sessiyasında tək bir fraksiya - “Gürcü Arzusu” yaradılıb.
"Report"un yerli bürosu xəbər verir ki, fraksiyada 80 deputat yer alacaq.
Fraksiyanın rəhbəri Mamuka Mdinaradze olacaq, onun müavinləri isə Rima Beridze, Irma Zavradaşvili, Greta Tsitsava, David Kodua, Edişer Toloraya və Nodar Turdziladze təyin edilib.
Eyni zamanda, parlamentə "Gürcü Arzusu" fraksiyasının əksəriyyətinin yekun siyahısı təqdim olunub. Yekun siyahı 89 deputatdan ibarətdir və onun rəhbəri Mamuka Mdinaradze olacaq.
Mandat Komissiyasının sədri İrakli Kadagişvili, həmçinin müxalifətin yekun siyahısını da oxuyub.
“Gürcü Arzusu” partiyasının üzvləri 26 oktyabr tarixli seçkilərin nəticələrini qəbul etməyən 4 siyasi birliyin 61 deputatı da daxil olmaqla bütün 150 deputatın səlahiyyətlərini tanıyıblar.
Oxşar xəbərlər
Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb
"Gürcü Arzusu": Parlamentdə yüksək vəzifəli şəxslər öz postlarını qoruyacaq
İrakli Kobaxidzenin Gürcüstanın Baş nazir vəzifəsinə namizədliyi parlamentə təqdim edilib
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Mamuka Mdinaradze: ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













