Ərdoğan parlamentdə daxili işlər nazirinə hücuma münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 20-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında daxili işlər naziri Ali Yerlikayaya hücuma münasibət bildirib.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, o, İstanbul Enerji Forumunda çıxışı zamanı Komissiyaya hücum çəkərək müxalifətçilik etdiklərini düşünənlərin yanıldıqlarını söyləyib.
"Biz şəhər quldurluğuna boyun əyməmişik. Bundan sonra da əyməyəcəyik”, - Ərdoğan deyib.
Qeyd edək ki, noyabrın 20-da TBMM-də Ali Yerlikayaya hücum olub. Deputatlar nazirin son qəyyum təyinatlarına etiraz ediblər.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik hadisəni qəbuledilməz adlandırmış, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından (CHP) üzr tələb etmişdi.
Oxşar xəbərlər
TBMM sədri nazirə hücumla bağlı CHP liderinə zəng edib, narahatlığını bildirib
Ərdoğan: Türkiyə beynəlxalq siyasətdə güc sahibidir
Ərdoğan: Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər
Türkiyə BRICS-ə üzvlüklə bağlı ilk rəsmi açıqlama verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
