Ermənistanın XİN başçısı COP29-a dəvət olunub
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirak üçün dəvət alıb.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi rəhbərinin müavini Paruyr Ovannisyan deyib.
"Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli, həm də tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə həsr olunmuş ən mötəbər beynəlxalq tədbirdir. Bütün şərtləri nəzərə alaraq, yaxın vaxtlarda Ermənistanın tədbirdə hansı səviyyədə təmsil olunacağına qərar verəcəyik”, - o qeyd edib.
“Mirzoyanın COP29-da iştirakının mümkün olub-olmaması ilə bağlı suala Ovannisyan “heç bir variant istisna edilmir” cavabını verib. O, əlavə edib ki, “hər şey yaxın həftələrdə baş verəcək hadisələrdən asılıdır”.
Oxşar xəbərlər
Ararat Mirzoyan COP29-a dəvət alıb
XİN: COP29-da iştirak üçün Ermənistana dəvət göndərilib
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir
Ermənistan Bakıda keçiriləcək COP29-da iştirak edəcəkmi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
