BMT həbsdə olan güney azərbaycanlı vəkilin səhhətindən narahatdır
sizinxeber.az xəbər saytı

BMT həbsdə olan güney azərbaycanlı vəkilin səhhətindən narahatdır


BMT həbsdə olan Güney Azərbaycandan olan vəkil Tahir Nəqəvinin səhhətindən narahatdır.

“Sizinxeber.az” “Azad İran”a istinadən xəbər verir ki, bu barədə BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Lavlor bildirib.

Onun sözlərinə görə, Evin zindanında saxlanılan hüquqşünas və ictimai fəal Tahir Nəqəvinin səhhəti narahatlıq doğurur.

Meri Lavlor sosial şəbəkə səhifəsində yazıb: “Vəkil Tahir Nəqəvi xəstəxanada müalicə olunmur. O, təhlükəli məhbusların saxlanıldığı yerdə yerləşdirilib. Bu, onun təhlükəsizliyi üçün ciddi narahatlıq yaradır. İran hökuməti onun təhlükəsizliyi üçün zəmanət verməlidir”.

Qeyd edək ki, ötən günlərdə Tahir Nəqəvi həbsxana paltarı geyinməyə və qandal taxmağa qarşı çıxdığı üçün xəstəxanaya göndərilməyib.

Oxşar xəbərlər

İranda hökumət 12 güneyli milli fəala 88 il həbs cəzası verib
Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
KİV: İranda həbslər, aclıq aksiyası və edamlar davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər