Putin və Quterreş BRICS sammitində Yaxın Şərq vəziyyətini müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
“Report” “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-dən bildirilib.
Tərəflər Qəzza sektoru və Livanda atəşkəsin dayandırılmasının, həmçinin regionda gərginliyin artmasının qabaqlanmasının vacibliyini qeyd ediblər. Yaxın Şərqlə yanaşı, Putin və Quterreş beynəlxalq maliyyə sisteminin inkişafı məsələlərini də müzakirə ediblər.
BMT-nin Baş katibi xüsusilə Qara dənizdə gəmiçilik sərbəstliyinə diqqət çəkib – dünya təşkilatının bəyanatına görə, bu, Rusiya, Ukrayna, həmçinin dünya ərzaq və enerji təhlükəsizliyi üçün birinci dərəcəli önəm daşıyır.
Quterreş bu istiqamətdə danışıqların davam etdirilməsini tam dəstəkləyib və Türkiyənin gördüyü işlərə görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Quterreş İran xarici işlər naziri ilə Yaxın Şərqdə gərginliyin azaldılması zərurətini müzakirə edib
Quterreş BRİCS sammitində iştirak üçün Kazana gedib
Putin və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
BMT-nin baş katibi BRICS sammitində iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
