Ankarada baş verən terror hücumu nəticəsində ölən və yaralananlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ankarada baş verən terror hücumu nəticəsində ölən və yaralananlar var - YENİLƏNİB


Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın binasında baş verənləri terror aktı adlandırıb.

"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.

17:23

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Partlayışın səbəbləri hələ məlum deyil.

“Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, - deyə məlumatda bildirilir.

Oxşar xəbərlər

İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında atışma olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər