Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib
sizinxeber.az xəbər saytı

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib


Ukrayna Prezidenti Volodimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə “Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş əməliyyatları fonunda” Kiyevin ehtiyaclarını müzakirə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna lideri teleqramda bildirib.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynadakı təhlükəsizlik vəziyyəti, Rusiyanın enerji şəbəkəsinə davamlı zərbələri və cəbhədəki aktiv döyüş əməliyyatları fonunda ehtiyaclar, həmçinin regional tərəfdaşlıqların inkişafı olub.

“Almaniyaya Ukraynaya göstərilən yardımın miqdarında, ilk növbədə müdafiə sahəsində Avropa liderliyi üçün təşəkkür edirəm. Növbəti ildə də onu eyni yüksək səviyyədə saxlamaq vacibdir”, – o əlavə edib.

Daha öncə Zelenskinin Almaniyanın Baş naziri Olaf Şoltsla da görüşü baş tutub. Ukraynanın dövlət başçısı, Şoltsa “qələbə planı”nın təfərrüatlarını açıqlayıb.

Oxşar xəbərlər

Zelenski və İtaliyanın Baş naziri Ukrayna Silahlı Qüvvələrinin müdafiə ehtiyaclarını müzakirə ediblər
Zelenski və İtaliyanın Baş naziri Ukrayna ordusunun müdafiə ehtiyaclarını müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər