Türkiyə vətəndaşlarını Livandan təxliyə edir
Türkiyə vətəndaşlarını Livandan təxliyə edən gəmilər Beyrut limanından Mersinə doğru yola çıxıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Məlumata görə, Xarici İşlər və Milli Müdafiə nazirliklərinin koordinasiyalı fəaliyyəti nəticəsində çoxu Türkiyə vətəndaşı olmaqla başqa ölkələrin vətəndaşları da təxliyə edilib.
Bildirilib ki, 2006-cı ildə 34 gün davam etmiş İsrail - "Hizbullah" savaşı zamanı da Türkiyə vətəndaşlarını təxliyə etmişdi. Onda 12 saat ərzində 1100-ə yaxın Türkiyə vətəndaşı Livandan köçürülmüşdü. Bu dəfə isə Türkiyə gəmiləri iki mindən çox Türkiyə və başqa ölkələrin vətəndaşlarını ölkədən çıxarıb.
Oxşar xəbərlər
Sabahdan Türkiyə Livandan vətəndaşlarını təxliyə edəcək
Türkiyə Livandan vətəndaşlarını təxliyə edir
KİV: Türkiyə vətəndaşlarını və əcnəbiləri Livandan təxliyə edəcək
XİN: Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı müraciət olmayıb
Slovakiya Livandan ölkə tarixində ən böyük təxliyə əməliyyatını həyata keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
