Kaxa Kaladze: Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur
Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze deyib.
“Bütün bunlar heç bir əhəmiyyət kəsb etmir. Yenə də Saakaşvilinin qeyd-şərtsiz azad edilməli olduğunu təkrar ediblər – təsəvvür edə bilirsinizmi?! Bizə cinayətlər törətmiş bir şəxsi qeyd-şərtsiz azad etməyi deyirlər”, – Kaladze bildirib.
“Rusiyaya qarşı sanksiyalara gəldikdə isə, biz müharibənin nə olduğunu və onun nə qədər bəlalar gətirdiyini bilirik. Sanksiyaların nəyə gətirib çıxara biləcəyini də bilirik. Əgər zəif hakimiyyət olsaydıq, bəzilərindən qorxub sanksiyalara qoşulardıq və bu zaman işləyən kəndli, Gürcüstanın iqtisadiyyatı zərər çəkərdi”, – deyə o qeyd edib.
Oxşar xəbərlər
Tbilisi meri: Gürcü xalqı ilə həyasızcasına rəftar edənlərin hamısı düşməndir
Gürcüstan parlamentinin sədri: Rusiyaya qarşı sanksiyaların tətbiqi iqtisadi çöküşümüz deməkdir
ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir
KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













