Paşinyan İranın vitse-prezidentinə Azərbaycanla sülh danışıqlarının gedişi barədə məlumat verib
Ermənistanın baş naziri Nikol Paşinyan ölkdədə səfərdə olan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Aref İranın Ermənistanla çoxqütblu əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.
Paşinyan, öz növbəsində, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının gedişi barədə danışıb, həmçinin regional kommunikasiyaların açılmasına yönəlmiş “Sülhün kəsişməsi” layihəsi haqqında məlumat verib.
“İranla əlaqələrin inkişafı Ermənistan hökumətinin prioritetlərindən biridir. Ermənistan suverenlik, universal yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında maraqlı ölkələrlə ticari-iqtisadi əlaqələrin inkişafına yardım etməyə hazırdır”, - o deyib.
Qeyd olunur ki, görüşdə həmçinin ikitərəfli ticari-iqtisadi əlaqələr, enerji, infrastruktur, yol tikintisi və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.
Oxşar xəbərlər
Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: İranla münasibətlərin inkişafı Ermənistanın prioritetlərindən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məsud Pezeşkian: Regionda sülhün qorunması Tehran üçün əhəmiyyət kəsb edir - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşüb -YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nikol Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












