Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri külli miqdarda rüşvət tələb ediblər
sizinxeber.az xəbər saytı

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri külli miqdarda rüşvət tələb ediblər


Ermənistan Dövlət Gəlirləri Komitəsinin bir qrup məmuru 8 milyon dram (təxminən 20 min ABŞ dolları) məbləğində rüşvət tələb etməkdə ittiham olunur.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İlkin istintaqla müəyyən edilib ki, baş vergi müfəttişləri V.A. və A.K. Armavir rayonunda uşaq bağçasında aparılan əsaslı təmir işlərinə baxış zamanı 9 nəfər qeydiyyatdan keçməyən fəhlə, eləcə də tikinti şirkəti və onunla əlaqəli digər şirkət tərəfindən vergi pozuntuları aşkarlayıblar.

Müfəttişlər ortaq şərik S.A.-nın sayəsində həmin şirkətlərin direktoru və direktor müavini ilə görüşərək, qeydiyyatda olmayan işçilər və vergi pozuntuları faktının qeydə alınmamasını təklifi ilə 8 milyon dram rüşvət tələb edib. İki şirkətin direktoru və direktor müavini bununla razılaşdılar.

V.A. və A.K. Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda rüşvət alma) ilə ittiham ediliblər. S.A rüşvət almağa kömək etmə maddəsi ilə, A.K. - 436-cı (xüsusilə külli miqdarda rüşvət vermə) maddəsi ilə ittiham olunurlar.

Üç təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri, bir nəfər barəsində isə ev dustaqlığı seçilib.

İbtidai istintaq yekunlaşıb, iş materialları ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.

Oxşar xəbərlər

Rüşvətalmada ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır
İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs edilib, rüşvətdə ittiham olunur - YENİLƏNİB
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən keçmiş gömrük əməkdaşının məhkəməsi başlayıb
İşdən çıxarılan polkovnik-leytenant hansı maddələrlə ittiham edilir?
Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər