XİN başçısı: Rəsmi Kiyev tərəfdaşlarını Ukraynaya öz yerli istehsalları olan silahları almağa dəvət edib
Rəsmi Kiyev tərəfdaşlarını Ukraynaya öz yerli istehsalları olan silahları almağa dəvət edib.
“Sizinxeber.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mətbuat konfransında bildirib.
“Biz Litvanın Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkəmin istehsalı olan silahları almaq imkanını müzakirə etdik. Bu istiqamətdə işlər artıq davam edir və davam edəcək”, - nazir deyib.
Onun sözlərinə görə, bu, tərəfdaş ölkələrə xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək.
“Bu, həm də vaxta qənaətlə bağlıdır. Bəzən isə bizim silahlarımız digər xarici analoqlarla müqayisədə daha üstün olur”, - söyləyən Sibiqa Ukraynanın ordunu silahlandırmaq üçün məhz belə bir variantı təşviq edəcəyini vurğulayıb.
O, həmçinin xatırladıb ki, müharibə başlayandan bəri Ukraynanın müdafiə istehsalı 6 dəfə artıb.
Oxşar xəbərlər
Blinken Ukraynanın yeni xarici işlər naziri ilə danışıb
Pentaqon Kiyevə uzunmənzilli silahlar verməyi düşünmür
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
