Ukrayna Prezidenti İranın Rusiyaya ötürdüyü ballistik raketlərdən danışıb
Tərəfdaşımız olan ölkələrin kəşfiyyat xidmətləri İranın Rusiyaya ötürdüyü ballistik raketlərin miqdarı ilə bağlı mətbuatda dərc olunan xəbərlərdən daha çox məlumat veriblər.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə keçirilən mətbuat konfransında bildirib.
O, qeyd edib ki, raketlərdən istifadə yalnız sübutlar olarsa, təsdiq ediləcək: "Həmin raketlər istifadə edildiyi halda sübutlar ortaya çıxacaq. Necə ki, həm Şimali Koreyanın artilleriya mərmilərinin, həm İranın pilotsuz uçuş aparatlarının istifadə edilməsi ilə bağlı sübutlar var. Rusiya ərazisində İrana məxsus hücum pilotsuz təyyarələrinin yığılması və istehsalı üçün bazalar isə çoxdan var".
Foto: Mübariz Aslanov
Oxşar xəbərlər
İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb
Aİ müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar
ABŞ hərbçiləri 70-dən çox İran PUA-sını zərərsizləşdirib - YENİLƏNİB
ABŞ Rusiyaya mümkün raket tədarükü ilə əlaqədar İrana qarşı tədbirlər görməyə hazırdır
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













